Müxalif Rusiya mediası Putinin infarkt keçirdiyini iddia edib
24-10-2023, 19:57

Rusiyanın müxalifət telekanalı General SVR Rusiya prezidenti Putinin ötən bazar günü axşam infarkt keçirdiyini iddia edib. Ürəyi dayanan Putinin həkimlərin sürətli müdaxiləsi nəticəsində dirçəldiyi iddia edilib. 

AZİNFORM.AZ bildirir ki, Rusiyada Telegram-da yayımlanan və Kremldən aldığı xəbərlərlə tanınan müxalifət nəşri General SVR Rusiya prezidenti Vladimir Putinin ötən gecə infarkt keçirdiyini iddia edib.  Xəbərdə Putinin iqamətgahında ürəyinin dayandığı və həkimlərin sürətli müdaxiləsi nəticəsində dirçəldiyi iddia edilib. 

General SVR-nin iddiasına görə, iqamətgahda işləyən məxfi xidmət əməkdaşları düşmə səsini eşitdikdən sonra Putinin otağına daxil olublar. Bildirilib ki, agentlər Putini yerə yıxılaraq içəridə qıcolma halında tapıblar, stolun üstündəki yeməklər də aşıb.

Vəziyyəti görən agentlərin dərhal iqamətgahdakı həkimləri növbəyə çağırdığı, həkimlərin isə Putinin infarkt keçirdiyini bildirdikləri iddia edilib. General SVR-nin iddiasına görə, həkimlər Putinin dayanmış ürəyini sürətli müdaxilə ilə yenidən işə salıblar və Rusiya lideri iqamətgahdakı tibbi avadanlıqlarla xüsusi otağa aparılıb. Putinin müdaxilədən sonra huşunun olduğu bildirilib.

Rusiya prezidentinin vəziyyətinin stabil olduğu, 24 saat həkim nəzarətində olduğu yazılıb.

General SVR bəyan edib ki, Putinin infarkt keçirməsi Rusiya liderinin yaxın ətrafını ciddi şəkildə narahat edib; O bildirib ki, bu gün Putinin ölümü ilə bağlı atılacaq addımlarla bağlı iclas keçirilib.

General SVR həmçinin iddia edib ki, Putinin son görüşlərində onun “dublyoru” iştirak edib.
AZİNFORM.AZ




up