Erməni əsgərlər Zəngəzur mahalında yerləşən Xəzinəvar kəndini qoruya bilmədiklərindən öz nəzarətləri altında olan əraziləri minalamaq qərarına gəlib.
AZİNFORM.AZ axar.az-a istinadla xəbər verir ki, bu fikirləri Gorus rayonunun Tex kənd icmasının keçmiş başçısı Varo Qriqoryan bildirib.
“Bizim əsgərlər Azərbaycan Ordusundan o qədər qorxur ki, nəzarət etdikləri əraziləri minalamaq qərarına gəliblər. Belə bir fikir normal insanın ağlına necə gələ bilər? 10 gündür 1 kilometrdən artıq ərazi minalanıb, özü də kənd camaatının bundan xəbəri olmadan. Təsəvvürünüzə gətirin ki, dünən minaya kənd sakininin atı düşüb parça-parça oldu. Yalnız ondan sonra bizə məlumat verildi ki, bu ərazilər minalanıb”, - deyə o qeyd edib.