Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə davamlı olaraq ünvanına yazılan tənqidi şərhlərdən usanıb.
Azinform.az xəbər verir ki, sənətçi bu barədə “TikTok” hesabında danışıb.
Pərvin heç kimin iradına əhəmiyyət vermədiyini açıqlayıb:
“Kimlə istəyərəm gəzərəm də, nə istəyərəm danışaram da. Bu həyat mənimdir. İstəyirsiniz qəbul edin, istəmirsiniz etməyin. Mən öz puluma, hesabıma Pərvin olmuşam”.