Ekranların nümunəvi cütlüklərindən Fahriye Evcen və Burak Özçivit özəl həyatı ən çox maraq doğuran məşhurlar sırasındadır. Son zamanlar söz-söhbətlərin mərkəzində olan Fahriye və Burak Özçivitlə bağlı xəbər hər kəsi təəccübləndirib.
AZİNFORM.AZ xəbər verir ki, ayrılacağı xəbəri yayılan ikilimiz sosial şəbəkədə birlikdə fotosunu paylaşaraq, az qala ayrılacaqlarını deyənlərin ünvanına irad tutdular.
Körpə sahibi olduqdan sonra setlərə uzun müddət ara verən Fahriye Evcen uzun müddət layihələrdə yer almayıb və oğlu Karana baxmağa üstünlük verib. Karanı böyüdən gözəl aktrisa yenidən serialla pərəstişkarlarının qarşısına çıxıb. Lakin sonradan yaxınlarını təəccübləndirərək hamilə olduğunu açıqlayan aktrisa hamiləliyi ilə əlaqədar yenidən çəkilişlərə ara verməli olub.
Körpə Kərəmi sağlam qucaqlayan cütlük xoşbəxt ailə pozaları ilə onları görənlərin könlünü istiləşdirir. Sosial şəbəkədə tez-tez paylaşımlar edən Fahriye Evcen oğlunu oğlu ilə paylaşaraq hər kəs tərəfindən bəyənilib. Körpə Kərəmi görənlər qəhvəyi saçlarını anası Fahriye Evcenlə müqayisə ediblər. Digər tərəfdən maraq doğuran mövzulardan biri də aktyorluğu ilə böyük bəyənmə toplayan Fahriye Evcenin çəkilişlərə nə vaxt qayıdacağı olub. Aktrisanın bəzi pərəstişkarları Fahriye Evcenin çəkilişlərə qayıtmaq fikrində olmadığını desələr də, bəzi pərəstişkarları onun seriala davam etməsini müdafiə ediblər.



