"Göstərə biləcəyi heç nəyi yoxdur" - Elnarə Xəlilova söz atdı
6-10-2023, 17:11

Müğənni Elnarə Xəlilova sosial şəbəkə hesabında paylaşımı ilə diqqət çəkib.

AZİNFORM.AZ xəbər verir ki, Elnarə Xəlilova ad çəkmədən həmkarına söz atıb:

"Həqiqətən də kiminin əvvəli, kiminin axırı. Birinin iki ali təhsili var, biri də heç orta məktəbi düz-əməlli bitirə bilməyib. Birinin göstərə biləcəyi sənət o qədər zəngindir ki, onun özünütəsdiqə ümumiyyətlə ehtiyacı yoxdur. Biri də əməliyyat olunmuş saxta "paxlava"larını göstərib, o qədər rişxənd edir ki, gəl görəsən. Çünki daxili boş olanlar hər zaman zahirən süslənməyə ehtiyac duyacaq. Başqa göstərə biləcəyi heç nəyi yoxdur. Əksinə, daxili zəngin olanların göstərmək istədiyi yalnız sənətdir".  /teleqraf.com/





up