Məşhur müğənni Tarkan sosial media hesabından İsrailin Qəzzaya artan hücumlarına qarşı üsyan edib.
AZİNFORM.AZ bildirir ki, müğənni paylaşımında "Dünya bu vəhşiliyə səssizcə baxır. Bu, insanlıq üçün çox üzücü və utancvericidir" sözləri ilə reaksiyasını bildirib.
İsrailin Qəzzada minlərlə insanın ölümünə səbəb olan hücumlarını intensivləşdirməsinə reaksiyalar dünən gecədən etibarən davam edir. Müğənni Tarkan da sosial media hesabından hücumlara və dünyanın səssizliyinə reaksiya verib.
Tarkan, "Qəzzaya ağır bombardmanlar davam edir. Günahsız vətəndaşlar və uşaqlar öldürülür. Dünya isə bu vəhşiliyi səssizcə seyr edir. Bu, insanlıq üçün çox üzücü və utancvericidir" dedi.
AZİNFORM.AZ
Gazze’ye ağır bombardımanlar devam ediyor. Masum siviller, çocuklar öldürülüyor.
— Tarkan (@tarkan) October 28, 2023
Ve dünya sessizce izliyor bu vahşeti. İnsanlık adına çok üzücü ve utanç verici. #Gazze