Bir müddət əvvəl misirli milyarder Mohammed Alsaloussi ilə evliliyinə son qoyan və ilk dəfə paltaryuyan maşından istifadə etməyə çalışan Şeyma Subaşının təcrübəsizliyi sosial mediada gülüş obyektinə çevrilib.
AZİNFORM.AZ xəbər verir ki, məşhur teleaparıcı Acun Ilıcalıdan sonra evləndiyi Məhəmməd Əlsaloussi ilə evliliyini bir müddət əvvəl bitirən Şeyma Subaşı sosial mediadan aktiv istifadə etməyə davam edir. Nəhayət, paltaryuyan maşını idarə edərkən yaşadığı təcrübəsizliyi izləyiciləri ilə bölüşən Subaşı gündəmə gəlib.
“Öz Axmaqlığıma Gülürəm”
Həyatında ilk dəfə paltaryuyan maşın istifadə etdiyini deyən və o anları izləyiciləri ilə bölüşən Şeyma Subaşı hətta qapını açmaqda çətinlik çəkib. Qapağı açmağa çox cəhd edən Subaşı o anları İnstaqram hesabında paylaşaraq "İlk paltaryuyan macəram. Öz axmaqlığıma çox gülürəm..." sözlərini yazıb.
Subaşının videosu sosial şəbəkələrdə yayılandan sonra qısa müddətdə gülüş obyektinə çevrilib. Məşhur ada “Elə bil saraylarda böyüyüb”, “Şeyma girib işə salıb, canım” və “Sanki kosmik gəmi açır” kimi şərhlər edilib.