DİGƏR XƏBƏRLƏR
Aparıcı Xoşqədəm Hidayətqızı ilə evli olan türkiyəli müğənni Doğuş xəyanət iddialarından sonra ailəsi ilə paylaşımlara ara vermir.
AZİNFORM.AZ xəbər verir ki, o, yenə Xoşqədəm Hidayətqızı ilə görüntülərini sosial şəbəkə hesabında paylaşıb.
Arvadını qucaqlayan müğənni bununla söz-söhbətlərə son qoymaq istəyib.
Xatırladaq ki, Türkiyədə yayımlanan sosial verilişlərin birində Esra Çömelek adlı qadın müğənni Doğuşla dini nikah bağladığını bildirib.
Onun sözlərinə görə, Doğuş ona arvadından boşanacağını vəd edib. Daha sonra Xoşqədəm Hidayətqızı həmin verilişi və aparıcısını məhkəməyə verib.